23 may 2023 01:34
536

İnsan psixologiyası həqiqətən müəmmadır

Heç bilirdinizmi ki, 16-28 yaş arası qurulan dostluq münasibətləri daha güclü və uzunömürlü olur?

Alimlər  haqsızlığa və yanlışlığa qarşı edilən qeybətin insan orqanizminə faydası olduğunu söyləyirlər. Onlar ədalətsizliklə qarşılaşan insanın onu bu hala salan şəxs barədə etdiyi qeybətin haqsız vəziyyətə düşən həmin insana  faydalı olduğunu söyləyirlər. Yəni, həmin insan bir növ öz haqsızlığını digərləri ilə bölüşərək özünü yüngül hiss edir. Kaliforniya Universiteti psixologiya şöbəsinin mütəxəssisləri apardıqları araşdırmalar nəticəsində qeybət edən insanların  ürək əzələlərinin sağlam və ürək döyüntülərinin normal olduğunu sübut etmişlər.

2022-ci ildə  İPSOS Beynəlxalq Araşdırmalar Mərkəzinin apardığı sorğunun nəticələrinə görə məlum olub ki, İndoneziyada yaşayanların 51 faizi özlərini çox xoşbəxt hiss edirlər.  Sorğuda ikinci və üçüncü yerləri 43 faizlə Meksika və Hindistan əhalisi tutub. Türkiyə və Braziliyada özlərini çox xoşbəxt hiss edənlər 30 faizdir. "Ən xoşbəxt" xalqlar onluğunda digər yerləri  28 faizlə ABŞ və Avstraliya,  27 faizlə  isə Kanada tutur.

Özlərini xoşbəxt hiss edənlərin ən az olduğu ölkə isə Macarıstan olub. Burada cəmi 6 faiz insan özünə "xoşbəxt" deyib. Bu sıraya Cənubi Koreya (7 faiz özünü xoşbəxt sayır), Rusiya (8 faiz), İspaniya (11 faiz) və İtaliya (13 faiz) aid etmək olar.

Sən demə, insanın beyni ilə mədəsi arasında bağlantı var. Bu səbəbdən də həyəcan keçirdiyimiz zaman mədənizdə ağrı hiss edirik.

Ən yaxşı məsləhəti verən insanlar adətən ən çox problemi olanlardır.
Qadınlar ümumiyyətlə dərin və boğuq səsli kişilərə üstünlük verirlər. Çünki adətən bu kişilər daha güvənli və sakit görünürlər.

Valideynlərin siqaretin zərərləri barədə uşaqla birbaşa söhbəti hər kəsin düşündüyündən daha az təsirlidir. Qaydalara görə, yeni siqaret çəkməyə başlayan yeniyetmələrin ətrafında böyüklərin siqaret çəkməsini təqlid edən dostları olur. Bu da onu göstərir ki, böyüklərin uşaqların gözü qarşısında siqaret çəkmələri elə birbaşa olaraq onların psixologiyasına təsir edir.

Fərqində olmasaq da rənglər psixologiyamıza təsir edə bilir. Rənglərin insana psixoloji təsiri ilə yanaşı, mənaları da var. Məsələn, mavi rəng insanların bəzi şeyləri yadda saxlamasını asanlaşdırır, sarı isə yaxınlığın simvoludur.

İnsan nə qədər zəkalı olarsa, onun  əl yazısı da bir o qədər səliqəsiz olar.

Cəsarətlə demək olar ki, bəzi kişilər həyat yoldaşına sədaqətli olduğu halda, digərləri sevgilisi, nişanlısı və xanımına dəfələrlə xəyanət edir. Bu da  kişinin hansı ayda və gündə doğulmasından asılı imiş. Daha dəqiq desək, bürclər burada da öz sözünü deyir. Bəs, yaxşı, daha çox xəyanətə əl atan, sədaqətsiz bürclər hansılardır?  Ən çox xəyanət edən bürclərin sırasına buğalar,qoçlar, əkizlər və oxatanlar daxildir.

İnsanın restoran işçilərinə münasibəti onun xarakteri haqqında çox şey deyir.

Qısqanclıq bir çox insanın həyatına təsir edir. Sosioloqların araşdırmalarına görə hər 5-ci ailə qısqanclığa görə dağılır.

Bəzi tədqiqatların nəticələrinə görə, qısqanc insanlar 10-15 il daha az yaşayır. Hətta insanlar arasında yayılmış müəyyən ənənəvi fikirlərdən biri odur ki, Şərq insanı Qərb insanına nəzərən, daha qısqancdır. Şərqdə kişi-qadın münasibətlərində tabeçilik ünsürünün üstünlük təşkil etməsinə səbəb qadının təhsil və iş potensialının aşağı olmasıdır. Qərbdə qadınlar daha özgüvənli, daha azaddır. Şərqdə isə qadın dəstəyi kişidən gözləyir

Günahkarlıq hissi güclü olan insanlar başqalarının hiss və düşüncələrini daha yaxşı başa düşürlər.

Sevdiyiniz insanın əlindən tutduqda daha az ağrı hiss edir və daha az narahat olursunuz.

Kişilərin etdiyi zarafatlar daha gülməli olur. Həmçinin onlar  qadınlara nisbətən daha  çox zarafat edirlər.

Utancaq insanlar özləri haqqında az danışırlar. Amma buna baxmayaraq insanların onları çox yaxşı tanıdıqlarını düşünürlər.

Qadın orqanizmində ağrı reseptorlarının sayı kişilərdən iki dəfə çox olsa da onlar həm də ağrıya daha dözümlüdürlər.

Əslində daha  hərəkətli  musiqi dinləmək insanı  sakit, rahat və xoşbəxt edir.

Gecələr çox düşünürsüzsə və bu sizi narahat edirsə, ayağa qalxın və düşüncələrinizi yazın. Bu yolla zehninizi rahatlaşdıra və yata bilərsiniz.

Sabahın xeyir və gecən xeyrə sözlərini sevdiklərinizdən əskik etməyin. Çünkü məhz bu kəlmələr  beynin xoşbəxtlik hormonlarını ifraz edən hissəsini aktivləşdirir. Beləcə biz özümüzü daha yaxşı hiss edirik.

Aparılan araşdırma nəticəsində məlum olub ki, risk etmək insanları   daha xoşbəxt və güclü edir.

Daha xoşbəxt olan insanların nədənsə  yuxuya olan ehtiyacı daha azdır.

Hər kəsi xoşbəxt etməyə çalışan insanlar əslində ən tənha insanlardır.

Səyahət etmək insanın beyin sağlamlığını yaxşılaşdırır, infarkt və depressiya riskini azaldır.

Çox maraqlıdır ki, yüksək zəkası olan insanların adi insanlardan daha az dostu var. Çünki insanın intellekt səviyyəsi yüksəldikcə seçiciliyi də artır.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, ən yaxın dostunuzla evlənmək boşanma riskini yüzdə 70 azaldır və bu evliliyin ömür boyu davam etmə ehtimalı daha yüksəkdir.

Samirə Tağıyeva, “İki sahil”