24 may 2023 01:35
553

Ah bu sirli, sehrli dünya...

“Alyaska üçbucağı”

Amerika Birləşmiş Ştatlarının ən böyük ştatlarından biri olan əsrarəngiz Alyaskada ən çox insanın itkin düşdüyünü bilirdiniz?

Alyaskanın əhalisi təxminən 600.000 nəfərdir və 1998-ci ildən bəri burada 53.000-dən çox insan itkin düşüb.

Hətta qorxunc və vahiməli Bermud üçbucağında belə Alyaskada olduğu qədər insan itkin düşməyib. Məsələnin ən qəribə tərəfi isə itkin düşən insanların ölüsünün və ya dirisinin tapılmamasıdır. Məsələn, kriptozooloq Ken Gerhard hər şeydə UFO-ların günahkar olduğuna əmindir. O, nümunə olaraq 1950-ci ildə baş vermiş bir hadisəni misal çəkib. Həmin il göyərtəsində 44 nəfər olan hərbi təyyarə “Alyaska üçbucağı” ərazisi üzərində itkin düşüb. Geniş axtarışlara baxmayaraq, təyyarənin və onun sərnişinlərinin izi tapılmayıb.

Babi Yar

Ukraynanın faciəvi hadisələri baxımından daha bir dəhşətli yeri Babiy Yar traktıdır. Burada İkinci Dünya müharibəsi illərində Kiyevin yəhudi əhalisinin kütləvi edamları həyata keçirilirdi. Alman işğalçıları yəhudiləri, qaraçıları və onlara sığınacaq verənləri bura sürgün edirdilər. Tarixçilər burada yüz mindən çox insanın öldüyünü iddia edirlər. Bu gün burada "Babi Yarda Menora" memorialı və müxtəlif yazıları olan bir çox abidə var.

Overton körpüsü

Şotlandiyanın Qlazqo şəhəri yaxınlığındakı tağlı körpü öz gözəlliyi ilə deyil, 20-ci əsrin ortalarında başlayan itlərin qəribə intiharı ilə məşhurlaşıb. Burada hər ayın eyni günündə itlər on beş metrlik körpüdən özlərini atırdılar. Körpünün altında yerləşən şəlalədə daşlar olduğuna görə demək olar ki, bütün heyvanlar ölürdü. Sağ qalanlar yenidən körpüyə dırmaşaraq yenidən tullanırdılar.

Şotlandlar itlərin bu davranışını atanın oğlunu bu körpüdən atması ilə bağlayırlar. Əfsanəyə görə bu şəlalədə boğulan uşağın ruhu həmin gün itləri yanına çağırır. Alimlər isə itlərin intihar etməsi faktını onunla izah edirlər ki, onların hamısı ov cinsləridir və körpünün üstündən keçəndə körpünün altında yaşayan minkləri görüb iyləyirlər və beləliklə, instinktlərə tabe olaraq ölürlər. Amma bu nəzəriyyəni təkzib edən skeptiklər çoxdur. Qeyd edək ki, hazırda bu ərazidə itlər ölməkdə davam edir və bu prosesə heç kim mane ola bilmir.

Mançak bataqlığı

Belə bir bataqlıq ABŞ-ın Luiziana ştatının ərazisində yerləşir. Bura çox sayda alliqator, bükülmüş və çürümüş ağacları olan tərk edilmiş bir məkandır. 1915-ci ildə burada baş verən dəhşətli qasırğa nəticəsində bir neçə kəndin sakinləri ev heyvanları ilə birlikdə bataqlığa yuvarlanıb batmışdı. Deyilənlərə görə, burada həmin insanların ruhları yaşayır. Buna görə də bataqlığa kabuslar məkanı deyilir.

Tərk edilmiş kuklalar adası

Meksikada yerləşən bu adada hər şey adanın gölməçələrindən birində boğulan qızın ölümü ilə başlayıb. Bu faciənin şahidi olan oğlan batan uşağın kuklasını xilas edərək, guya mərhumun xatirəsinə ağacdan asıb. O vaxtdan bəri bu oğlan davamlı olaraq atılmış kuklaları taparaq adaya gətirir. Çox maraqlıdır ki, bu oğlanın özüdə 2011-ci ildə bu göldə boğulub.

San Ji kurortu

Tərk edilmiş San Ji kurortu Tayvan adasında yerləşir. Bu məşhur kurort 1980-ci illərdə varlı alıcılar üçün inşa edilmişdi. Burada evlərin forması UFO nəlbəkilərə və ümumiyyətlə, yad planetlilərin yurduna bənzəyir. Lakin böhranın başlaması və burada başlayan mistik hadisələr səbəbindən kurort açılmadı.

Rəvayətlərə görə, mistik kurortun bünövrəsini qoyan inşaatçıların əksəriyyəti ya xəstəliklərdən öldü, ya da qəza keçirərək həyatlarını itirdilər. Yerli əhalinin sözlərinə görə, bu kurort lənətlənmiş bir yerdir və bura ruhlar məskənidir.

Hindistan (Jatinga kəndi)

Jatinga kəndi Hindistanın şimal-şərqindəki Assam ştatında yerləşir. Bura yaşıllıqlar və dağlarla əhatə olunmuş gözəl yerdir. Ancaq hər il burada dəhşətli bir hadidə baş verir. Belə ki, burada hər il sentyabr-noyabr ayları arasında, günəş batdıqdan dərhal sonra yüzlərlə quş səmaya qalxaraq özlərini qəsdən ağaclara və binalara çırparaq intihar edirlər.

Alimlər hələ də bu fenomenin əsl səbəbini heç cür araşdıra bilmirlər. Baş verənlərlə bağlı irəli sürülən fikirlər çoxdur. Bəziləri quşların mussonların gətirdiyi dumanların onların oriyentasiyasını itirməsindən şübhələnirlər. Digərləri isə göylərdə yaşayan pis ruhların onlara mənfi təsir göstərməsindən danışırlar. Qeyd edək ki, "quşların kütləvi intiharı"ilk dəfə 1900-cü illərdə müşahidə edilib. Bu fenomenlə bağlı elmi araşdırmalar davam etməkdədir. Quşların kütləvi intiharı bir çox səyyahın marağına səbəb oldu. Olar öz gözləri ilə bunun şahidi olmaq üçün bu yerə gəlirlər.

Paris katakombaları

Parisin katakombaları uzunluğu 300 km olan şəhərin altındakı yeraltı tunellərdir. Tarixçilərin sözlərinə görə, bu tunellərdə altı milyondan çox skelet aşkar olunub. Bu katakombalar 18-ci əsrdə Parisdəki dolmuş "Les innocents" qəbiristanlığındakı ölüləri köçürmək məqsədilə tikilmişdi. 6 milyona yaxın insan qalıqlarının Paris katakombalarında yerləşdirildiyi güman olunur. Yerli əhali və turistlərin marağını cəlb edən bu yeraltı tikilinin kiçik bir hissəsi xalqa açıqdır, lakin digər tərəfi isə bütün dünya üçün sirr olaraq qalmaqdadır.

Antarktidada mistik “nərdivan”

2017-ci ilin əvvəlində Antarktidada dağın yamacına qalxan nəhəng pilləkənə bənzəyən strukturun fotosu internetdə yayılmağa başladı. Bəzi fərziyələrə görə, “nərdivan” itirilmiş Atlantidanın qalığıdır, bəziləri isə onun UFO-nun eniş yeri və ya nasistlərin bazası olduğuna inanır. Bu anomaliya “Google Earth”də aşkar edildiyi üçün hələ də heç bir rəsmi açıqlama irəli sürülməyib.

Samirə Tağıyeva, “İki sahil”