25 may 2023 02:35
580

Qəribə səslənsə də, faktdır

Yer kürəsində hər gün  qeyri-adi hadisələr baş verməkdədir. Bu yazıda sizə  maraqlı  faktları toplamışıq. 

Dünyanın ən böyük rezin ördəyi “Mama duck” təxminən 15 ton ağırlığındadır.

Qədin yapon inancına görə, bir qız 4 dəqiqədən çox bəzənirsə, o, çirkin hesab olunur.

Hündürlüyü 21.2 km olan Olimp dağı kainatın ən hündür dağıdır.  O, Everestdən (8848) 3 dəfə Mauna Kea ( 10 200 m) vulkanından 2 dəfə daha hündürdür. Bu nəhəng dağın yaranma səbəbi hələdə dəqiq bilinmir. Güman edilir ki, nə vaxtsa Marsda həyat olub və burada vulkanik prosseslər baş verib.  Nəticədə belə nəhəng dağ yaranıb.

Heç bilirdinizmi ki, hazırda ABŞ ərazisi sayılan Alyaska əvvəllər Rusiyaya məxsus olub və sonradan amerikalılara pulla satılıb?  Bunu da qeyd edək ki, Alyaskanın satışı dünyanın əmlak bazarı tarixində həyata keçirilən ən böyük satışlarından biridir.( söhbət 1.5 milyon kvadrat kilometrlik torpaq sahəsindən gedir)

Dünya təhsil sismetinə imtahanları ilk dəfə 1792-ci ildə Uilliam Fariş gətirib.

1992-ci ildə  o zamlar məşhur olan “Vodafone” şirkətinin proqramçısı Neil Popvorz öz müdürinə yeni il münasibəti ilə təbrik etmək üçün qısa mesaj atmışdı. Çox maraqlıdır ki, 2021-ci ildə bu mesaj Fransada “online” formada satışa çıxarıldıqdan sonra nə az, nə çox 150 000 dollara satılmışdır.

Göy üzünə baxdığınızda təyyarələrin arxalarında buraxdığı bəyaz izləri yəqin ki, görmüsünüz. Bu izlərin yaranmasının səbəbi təyyarə motorlarının sıxışdırdıqları qazları çox yüksək istiliklə xaricə püskürtməsidir. Bu qazlar xaricə çıxdıqda soyuq hava axını ilə təmas qurduğundan çoxalır və buz kristallarına çevrilir.

Dünya tarixində ən bahalı şirkət Niderland Ost-Hind hesab edilir. Onun dəyəri təxminən 7 trilyon dollardan artıq olub. Xatırladaq ki, 1692-ci ildə fəaliyyətə başlayan bu şirkət Asiya ölkələrində kölə ticarəti, ədviyyatlar, ipək parça ixrac və idxal edən bir şirkət olub. 1799-cu ildə iflas edən şirkətin bütün mülkləri dövlətə satılıb.

353 şəhər arasında aparılan araşdırmalar nəticəsində məlum olub ki, dünyanın ən çirkin şəhəri Şimali Makedoniyanın  Tetova şəhəridir. Burada çirklənmə səviyyəsi 100 üzərindən 95.56 olaraq qeyd olunub.  Çirklənmənin ən az səviyyədə olduğu şəhər isə Stavanger şəhəridir. Stavanger şəhərində isə çirklənmə səviyyəsinin ən çox olduğu şəhərdir.

Allodoksafobiya çox nadir və qəribə sosial fobiyadan biridir. Allodoksafobiya qədim yunan dilindən gəlib, “allo”- digər , “doks”- fikir deməkdir. Bu fobiyadan əziyyət çəkən hər kəs digər insanlar tərəfindən mühakimə olunmaq qorxusundan əziyyət çəkir. Sosial həyatdan qaçan bu tip insanlar söylənilən hər hansı bir mənfi və ya müsbət rəyi qəbul edə bilmirlər. Bunların nəticəsində allodoksafobiyadan əziyyət çəkən insanlar qarşılarına çıxan fürsətləri dəyərləndirə bilmirlər və məhz buna görə tez-tez depressiv halda olurlar. Bu fobiya növünü dialektik davranış terapiyası, yoqa və dərmanlar vasitəsi ilə müalicə edirlər.

Statistikaya görə, dünyada ən təhlükəsiz nəqliyyat növü təyyarədir. Uçuş zamanı ölmək şansı avtomobil və ya qatarla səyahət edərkən daha azdır.

Mərcan rifləri dünya okeanlarının yalnız 1%-də var. Bu riflərin ölçüsü təxminən Fransanın böyüklüyünə bərabərdir.

Osminoqların qanı  mavi rəngdədir.  Bu, onların qanındakı misin miqdarı ilə bağlıdır.

Kainatımızda yaşayan ən yavaş heyvan üç dırnaqlı ərincəkdir. Amerika qitəsində yaşayan bu  heyvan saatda maksimum 0.0048 km sürətlə hərəkət edə bilir.

Sən demə, Avstraliya Aydan daha genişdir. Ayın   diametri 3700 km, Avstraliyanın eni isə 4000 km-dir.

Erkək uğur böcəyi dişi ilə dörd saata qədər cütləşə bilər, hətta o artıq ölü olsa belə.  Çox maraqlıdır o, bunu dərhal dərk etmir.

Dişlər insan bədəninin özünü bərpa  etməyə qadir olmayan yeganə hissəsidir.

Muskat qozunun tərkibində   halüsinasiyalar və eyforik vəziyyətə səbəb olan təbii birləşmə olan miristisin mövcuddur.

Çox maraqlıdır ki, ictimaiyyət arasında tanınan, çoxlu sayda dostu, tanışı olan, hər kəslə dil tapmağı bacaran xanımlar daha uzunömürlü olurlar.  Sən demə, belə münasibət və ya mütəxəssislərin adlandırdığı kimi, sağlam sosial əlaqələr xanımların ömrünü nə az, nə çox - az qala 2 dəfə uzadır. Alimlər müəyyənləşdiriblər ki, çoxlu sayda insanla ünsiyyətdə olan qadınlar sağlamlıqlarının qeydinə daha çox qalır, özünə fikir verirlər.

Ölüm anında  görmə hissindən sonra eşitmə bacarığı itirilir. Ürək dayandıqdan sonra insan beyni 2 dəqiqə boyunca səslər qəbul edə bilir.

Əgər bir sözü xatırlamaqda çətinlik çəksəniz, yumruğunuzu sıxın. O zaman beyinin fəaliyyəti daha da artır və yaddaşı işə salmağa kömək edir.

İngiltərənin Bristol Universitetində edilən araşdırma zamanı zebraların dərisinin üzərindəki zolaqlı xətlərin milçəklərin yoluxdurduğu ölümcül xəstəliklərə qarşı maneə törətdiyi məlum olub.

Sən demə, flaminqo xərçəngləri yediklərinə görə onların rəngi çəhrayi rəng olur.  Bu qəribə səslənsə də, lakin faktdır.  Çünkü flaminqo balaları  boz doğulur. Onlar  plankton  və xərçəngkimiləri ilə qidalanaraq çəhrayı rəng alırlar.

Venera və Uran Günəş sistemində öz oxu ətrafında saat əqrəbi istiqamətində fırlanan yeganə planetlərdir.

Məşhur Alman şokoladlı tort Almaniyada yaranmayıb. O,  ABŞ-da icad edilmişdir.

Misir piramidalarının yaşı təxminən  Şimali Sibirdə yaşayan mamontlar ilə eynidir.

Uçuş-enmə zolağı nömrələri pilotlar üçündür. Onlar uçuş zolağının Yerin maqnit qütblərinə nisbətən hansı bucaq altında yerləşdiyini göstərirlər.

Son zamanlar insanlar arasında yayılan  “ Qocalıq qorxusu” kimi tanınan fobiya gənclərdə kifayət qədər nadir hallarda, orta yaşlı qadınlarda tez-tez, həmçinin yaşı 50-ni keçmiş  kişilərdə əmələ gələn qorxudur.

Sağ əllə yazı yazan insanlar solaxaylara nisbətən 9 il çox yaşayırlar.

Bal xarab olmayan yeganə qidadır.

Samirə Tağıyeva, “İki sahil”