25 may 2023 23:56
480

Uşağın boyunun normal inkişafı üçün...

Yaxşı qida, normal hormonal requlyasiya, sümük-qığırdaq sisteminin düzgün  inkişafı burada əsas şərtdir. İdmanın da ucaboylu olmasında köməyi çoxdur. Bu zaman maddələr mübadiləsi güclənir, bütün orqan və toxumalarda qan dövranı yaxşılaşır, nəticədə orqanizmdə bioloji aktiv  maddə- somatotrop (boy hormonu) yaranır,  bu isə sümüklərin və insan boyunun uzanmasına  əsas şərtdir.  Həm də dietoloqlar boy ölçülərini artırmaq, həmçinin  orqanizmin böyüməsinə  kömək etmək məqsədilə  yatmazdan əvvəl, daha dəqiq şam yeməyindən iki saat sonra iribuynuzlu  heyvan qığırdağı, sümüyündən   hazırlanmış  həlməşlik  maddə şəkli soyuq xörək olan xolodets  yeməyi məsləhət  görürlər.

Yumurtanın pərdəsi ən çətin yaraları sağaldır

Yanıqlar və kəsikləri sağaltmaqdan ötrü yumurtadan istifadə etmək olur. Çünki yumurtanın pərdəsi dediyim bu yaraları dərhal sağaltmaq xüsusiyyətinə malikdir. Onun tərkibində olan maddələr buna qadirdir.

Yumurtanın pərdəsini  bişirdikdən sonra soyub yaranın üzərinə yapışdırılır. Çiy halda isə pərdə, adətən  yumurtanın şiş uclarına yığılır. Bu təbəqəni  qaba töküb bir qədər gözləyib sonra istifadə etmək lazımdır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü