29 may 2023 16:19
402

"Çelsi" yeni baş məşqçisini açıqlayıb

İngiltərənin "Çelsi" klubunun yeni baş məşqçisi bəlli olub.

“İki sahil” London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "zadəganlar" Mauritsio Poçettinoya tapşırılıb.

Argentinalı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mauritsio Poçettino son olaraq 2021/2022 mövsümündə Fransanın PSJ klubunun sükanı arxasında olub.