31 may 2023 16:45
250

Ötən ay Azərbaycanın ən çox ixrac etdiyi qeyri-neft məhsulu elektrik enerjisi olub

Bu ilin aprel ayında qeyri-neft ixracı 275 mln. dollar təşkil edib. 2023-cü ilin aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac 66,3 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 208,7 mln. dollara bərabər olub.

“İki sahil” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (84,5 mln. dollar) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (65,5 mln. dollar) ikinci və Gürcüstan (33,4 mln. dollar) üçüncü olub.

Bu ilin aprel ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (32,6 mln. dollar) birinci, pomidor (tomat) (23 mln. dollar) ikinci və qızıl (18,9 mln. dollar) üçüncü olub.