17 aprel 2018 18:51
1054

DİM ikinci sınaq imtahanının nəticələrini açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 15-də I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) keçirilmiş ikinci sınaq imtahanının nəticələrini açıqlayıb.

DİM-dən verilən məlumata görə, imtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.