“Azəristiliktəchizat” ASC Asiya İnkişaf Bankı (ADB) ilə texniki tapşırıq layihəsinin hazırlanmasına dair razılıq əldə edib.
“İki sahil” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, qurumda ADB-nin nümayəndələri ilə görüş keçirilib. Bankın energetika sahəsi üzrə mütəxəssisləri Cohannes Voqel və Nana Qurqenidze istilik təchizatı sahəsində səmərəliliyin artırılması məqsədi ilə təmsil etdikləri qurumun müxtəlif ölkələrdə həyata keçirdikləri layihələr barəsində məlumat veriblər. Nana Qurqenidze Asiya İnkişaf bankı tərəfindən Qazaxıstanın 4 şəhərində həyata keçirilən layihələrə dair təqdimatı görüş iştirakçılarının nəzərinə çatdırıb.
“Azəristiliktəchizat”ın sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev əməkdaşlıq imkanlarının müzakirəsi üçün təşkil edilmiş görüşdə iştiraklarına görə qonaqlara öz təşəkkürünü bildirib, qurumda həyata keçirilən islahatlar, mövcud imkanlar və nəzərdə tutulan işlər barəsində məlumat verib.
Tərəflər birgə əməkdaşlıq fəaliyyəti üçün nəzərdə tutulan istiqamətlər üzrə müzakirələrin davam etdirilməsi və texniki tapşırıq layihəsinin hazırlanmasına dair razılığa gəliblər.
Hesablama Palatasının fəaliyyəti INTOSAI-P 10 sənədinin 8 əsas prinsipinə uyğun olub
Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə görüş keçirilib
"Ookla" Azərbaycanda qonaqpərvərlik sahəsində bağlantının sürətləndirilməsi üzrə təşəbbüsə start verir
“Azexport” portalı Qazaxıstanın rəqəmsal ixrac ekosisteminin qurulmasına dəstək verəcək
Cavid Quliyev: “PAŞA Bank” hər zaman real sektorun etibarlı maliyyə tərəfdaşı olub