21 sentyabr 2023 17:53
181

Klopp: Bu dəfə Avroliqaya daha yaxşı hazırlaşmışıq

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasının 2023/2024-cü il mövsümündə Avropa Liqasında iştirakından danışıb.

“İki sahil” xəbər verir ki, mütəxəssis bu dəfə turnirə yaxşı hazırlaşdıqlarını deyib: “Komandam bu turnirdə şans vermək üçün yox, yarışmaq üçün iştirak edir. “Liverpul”dakı ilk mövsümümdə finala qədər (2016-cı ildə “Sevilya”ya 1:3 hesabı ilə məğlub olmuşdular) Avropa Liqasının bizim üçün çox ağır olduğunu düşünürdüm. O vaxt bizim heyətimiz tamam fərqli idi. Hazır deyildik, amma birtəhər bacardıq.

İndi başqa zaman və başqa komandadır. Biz daha yaxşı hazırlaşmışıq.  Avropa Liqasında oynamaqdan xoşbəxtik! Komandada motivasiya lazımi səviyyədədir".

Qeyd edək ki, "Liverpul" Avropa Liqasının qrup mərhələsində ilk oyununu bu gün LASK-a qarşı keçirəcək.