24 sentyabr 2023 02:25
221

Papa: Ukraynadakı münaqişə silah istehsalçılarına lazımdır

Silah istehsalçıları Ukrayna münaqişəsində maraqlıdır.

“İki sahil” xəbər verir ki, bunu Roma Papası Fransisk mətbuat konfransında bildirib.

“Mənə elə gəlir ki, bu müharibə təkcə Rusiya ilə Ukrayna arasındakı problemə deyil, həm də silah satışına aiddir. İqtisadçılar mənə dedilər ki, bu gün ən böyük gəlir "ölüm fabriklərinə" investisiyalardan gəlir”, - pontifik Aralıq dənizi yepiskoplarının Marseldə keçirilən yekun iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.