Bizim bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılmışdır.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.
“Bizim ticarət dövriyyəmiz 6 milyard dollardan çoxdur. Bu ilin 7 ayında 40 faiz daha artmışdır və əminəm ki, daha da artacaq. Düzdür, hədəf çox yüksək rəqəmlərlə ölçülür, bir müddət bundan əvvəl 15 milyard dollar ticarət dövriyyəsi hədəfləmişdik, o zaman ticarət dövriyyəsi haradasa 2 milyard idi, amma indi 6 milyardı ötüb, yəqin ki, yaxın gələcəkdə buna da çatacağıq. Onsuz da tərcihli ticarət anlaşması da imzalanıb və o siyahıda olan məhsulların sayı da artır. Ona görə də buna da biz əminəm ki uğurla çatacağıq”, - dövlət başçısı deyib.
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir