"Bu gün Azərbaycana qarşı müxtəlif dövlətlər və xaricdə fəaliyyət göstərən şəxslər tərəfindən hibrid müharibə həyata keçirilir".
“İki sahil” xəbər verir ki, bunu Bakıda “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk Dünyası” adlı tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
O qeyd edib ki, bu fonda türk dünyasının birliyi vacibdir:
"Azərbaycan həmişə həmin qüvvələrə lazımi cavabı verib. Ancaq türk dünyasının da birliyi vacibdir. Bu baxımdan, son dörd ildə biz bir neçə türk dövləti, xüsusilə, Türkiyə və Qazaxıstanla birlikdə türk diasporunun inkişafı istiqamətində tədbirlər keçirmişik".
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir