Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsus 2 nəqliyyat vasitəsi ilə Qarabağın erməniəsilli sakinləri üçün yanacaq göndərilib.
“İki sahil” xəbər verir ki, yük avtomobilləri Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Yük avtomobillərində 30 ton Aİ-92 markalı benzin, 34 ton dizel yanacağı aparılıb.
Qeyd edək ki, yanacaq 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq göndərilib.
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir