26 sentyabr 2023 18:15
242

Fransada həmkarlar ittifaqının fəalları zorla Nəqliyyat Nazirliyinin binasına daxil olublar

Fransada həmkarlar ittifaqının fəalları bu ölkənin Nəqliyyat Nazirliyinin binasına zorla daxil olublar.

“İki sahil” xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb.

Bildirilib ki, aktivistlər dəmir yolu ilə yükdaşımalarla məşğul olan Milli Dəmir Yolu Şirkətinin törəmə şirkətinin (“Fret SNCF”) qismən satışına və yenidən strukturlaşdırılmasına etiraz ediblər.

Fəallar təhlükəsizlik məntəqəsindən keçərək çoxmərtəbəli binanın foyesində etiraz aksiyası keçiriblər. Onlar fayerlər yandırıb və şüarlar səsləndiriblər.