27 sentyabr 2023 13:40
279

ATƏT-in Daimi Şurası Azərbaycanın antiterror tədbirlərinin nəticəsi və reinteqrasiya səyləri barədə məlumatlandırılıb

Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) yanındakı daimi nümayəndəsi Rövşən Sadıqbəyli ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib.

“İki sahil” xəbər verir ki, bu barədə R.Sadıqbəyli “X” platformasında yazıb.

“ATƏT-in ümumi fəaliyyəti və mövcud çağırışlar barədə fikirlərimizi təqdim etdik. Azərbaycanın Qarabağ bölgəsində ölkəmizin Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində demilitarizasiya prosesi barədə məlumat verilib.

Həmçinin Azərbaycanın mərkəzi hakimiyyəti tərəfindən reinteqrasiya üçün davamlı səylər və Xankəndi sakinlərinə yanacaq, tibbi ləvazimatlar çatdırılması, onların ərzaq təminatı üçün görülən işlər barədə məlumatlar təqdim edilib”, - deyə diplomat qeyd edib.