Livanda Azərbaycan və türk dili üzrə birgə məktəblər yaradıla bilər.
“İki sahil”in xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib.
O, Livanda Azərbaycan diasporunun mövcud olmadığını diqqətə çatdırıb: "Bu yaxınlarda Livandan qonaqlarımız gəlib. Biz Livanda Azərbaycan və türk dili üzrə birgə məktəblərin yaradılmasını dəstəkləyirik. Livanlı gənclər burada həmin dilləri öyrənə bilərlər. Hazırda Livandakı səfirliyimizlə bu istiqamətdə işlər aparırıq".
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir