27 sentyabr 2023 19:38
294

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Parkında olub - FOTO

Sentyabrın 27-də - “Anım Günü”ndə İqtisadiyyat Nazirliyinin kollektivi Bakıda inşası davam etdirilən Zəfər Parkında olub.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyə istinadən xəbər verir.

Zəfər Parkının girişində xatirə daşının önünə gül dəstələri qoyulub, Vətən Müharibəsində qəhrəmancasına döyüşərək dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.