Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024 mövsümündə iştirak edəcək son iki klubun adları və loqoları müəyyənləşib.
Azərbaycan Basketbol Federasiyasından “İki sahil”ə verilən məlumata görə, bunlar Bakını təmsil edəcək "Xəzri" və Sumqayıt şəhərinin eyniadlı komandasıdır.
Qeyd edək ki, "Sabah" ötən mövsüm liqada çempion olub. "Gəncə" ikinci, NTD üçüncü yeri tutub.