Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonununda itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənd rayonunun Edilli kəndində aşkarlanan Cahangir Məmi oğlu Xələfovun nəşi ailəsinə təhvil verilib.
“İki sahil” xəbər verir ki, mərhum vida mərasimi keçirildikdən sonra Şüvəlan qəbiristanlığınada torpağa tapşırılacaq.
Qeyd edək ki, C.Xələfov 1932-ci ildə Füzuli rayonunun Dördçinar kəndində anadan olub. 1993-cü ilin sentyabrında Füzuli rayonunda itkin düşüb. Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin C.Xələfova məxsus olduğu təsdiqlənib.
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir