28 sentyabr 2023 23:07
384

Ermənilər Azərbaycanın Livandakı səfirliyinə hücuma cəhd ediblər

Beyrutda ermənilər Azərbaycanın Livandakı səfirliyinə basqın etməyə cəhd ediblər.

“İki sahil” xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsindəki separatçı qurumun özünü ləğv etdiyini elan etməsindən sonra 1500-dək erməni Azərbaycanın Livandakı səfirliyinə hücuma cəhd edib.

Livan təhlükəsizlik qüvvələri onların səfirliyə yaxınlaşmasına imkan verməyib. (APA)