Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.
“İki sahil”in xəbərinə görə, təşkilat başsağlığı mətnini "X" hesabında paylaşıb.
"Bütün ömrünü türk dünyasına xidmətə həsr edən, Azərbaycanın millət vəkili Qənirə Paşayevanın vəfatından kədərləndik. Mərhuma Allahdan rəhmət, ailəsinə və sevənlərinə səbr diləyirik. Türk dünyasının başı sağ olsun", - başsağlığında bildirilib.
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir