29 sentyabr 2023 14:46
327

Prezidentin xüsusi namayəndəsi: Zəngəzur dəhlizinin açılması Şərqlə Qərb arasındakı məsafəni qısaldacaq

İpək yolu üzərində yerləşən Azərbaycan vaxtilə Mərkəzi Asiya və Cənubi Qafqazın iqtisadi münasibətlərində mühüm rol oynayıb. Bu gün Zəngəzur dəhlizi istiqamətində görülən işlər tam miqyasda gedir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi namayəndəsi Vahid Hacıyev Zəngilan şəhərində keçirilən "II Azərbaycan Milli Şəhərsalma Forumunda" deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Şərqlə Qərbin arasındakı məsafəni qısaldacaq.