29 sentyabr 2023 15:01
333

Kreml: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi məsələsi aktual olaraq qalır

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi məsələsi aktual olaraq qalır.

“İki sahil” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının inkişafı Rusiya Federasiyası, Ermənistan və Azərbaycan üçün vacibdir və Moskva bu işi davam etdirməyə ümid edir.

Kremlin rəsmisi Qarabağdakı Rusiya sülhməramlı qüvvələrindən də danışıb. Qeyd edib ki, artıq Azərbaycan ərazisində olan Rusiya sülhməramlılarının işi Bakı ilə müzakirə predmeti olacaq.