06 aprel 2018 19:43
1251

Məşhur aktyorun oğlu narkotik üstündə tutuldu

Məşhur Hollivud aktyoru Şon Penin 24 yaşlı oğlu Hopper Pen narkotik vasitələrin saxlanılması maddəsi ilə həbs olunub.

Trend-in məlumatına görə, aktyorun oğlu Nebraska ştatında tutulub.

Məlumatda qeyd edilir ki, o, rəfiqəsi ilə birlikdə yol gedərkən saxlanılıb və onun avtomobilinə baxış keçirilib. Bu zaman avtomobildə 14 qram marixuana, 4 həb amfetamin və 3 qram digər narkotik vasitə aşkarlanıb.

Qeyd edək ki, amfetaminin saxlanılması və yayılması ABŞ-da cinayət məsuliyyəti hesab olunur.