03 aprel 2018 20:44
1060

EMİN ilk dəfə Qazaxıstanda konsert verəcək

Tanınmış müğənni və bəstəkar EMİN ilk dəfə Qazaxıstanda konsert verəcək

Tanınmış azərbaycanlı müğənni və bəstəkar EMİN ilk dəfə Qazaxıstanda konsert verəcək. O, “Bumeranq 2018” adlı solo konsert proqramı ilə mayın 11-də Astanada “Qazaxıstan” mərkəzi konsert zalında, 12-də isə Almatıda Respublika Sarayında çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, konsert proqramına onun hamı tərəfindən sevilən məşhur hitləri ilə yanaşı, tamamilə yeni kompozisiyaları daxildir. Konsertdə ifaçını öz orkestri müşayiət edəcək.

Yeni tura “Bumeranq 2018” adı təsadüfi seçilməyib. EMİN təkcə Rusiya şəhərlərinə deyil, həm də indiyədək olmadığı ölkələrə getməyi planlaşdırır.