29 noyabr 2023 11:39
264

"Qızılbaş" təşkilatının sədri: Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına töhfə verməyə çalışırıq

"Hazırda üzvlərimizin sayı 3 500 nəfərə çatıb. Biz bir çox məsələlər, xüsusilə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına töhfə verməyə çalışırıq".

“İki sahil” xəbər verir ki, bunu "Qızılbaş" Qlobal İrs Təşkilatının sədri Babək Hüseynli Bakıda “Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə“ mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, qızılbaşlıq XV əsrdən mövcud olmuş Azərbaycan türklərindən ibarət konfederativ idarəetmə forması olub: "Onların içərisində əfşar, bayat, şamlı, rumlu kimi bir sıra tayfalar vardı və onlar Səfəvilər dövlətinin idarə edilməsində böyük rol oynayırdılar".