04 dekabr 2023 02:02
262

Moskvaya son 145 ilin ən güclü qarı yağıb

Rusiya paytaxtında dekabrın 3-də düşən yağıntının miqdarına görə gündəlik rekord müəyyən edilib.

“İki sahil” xəbər verir ki, VDNX-dakı meteorologiya stansiyası saat 18-ə qədər 10 mm yağıntı düşdüyü barədə məlumat yayıb.

Bildirilib ki, bu göstərici son 145 ilin rekord göstəricisidir.

Bundan öncə bu rekord 1980-ci ilin bu günündən qeydə alınıb.

Həmin vaxt 9,4 mm yağıntı düşüb.

Ən çox yağıntının Moskvanın mərkəzinə düşdüyü məlum olub. Qarın sabaha qədər davam edəcəyi bildirilib.

Moskvanın Nəqliyyat Departamenti artıq sürücülərə şəxsi avtomobillərlə hərəkətdən imtina etmək və ictimai nəqliyyatdan istifadə etmək xahişi ilə müraciət edib.

Moskva və Moskva vilayətində narıncı hava təhlükəsi səviyyəsi tətbiq olunub.

Yağan güclü qar çoxlu qəzalara səbəb olub.

Belə ki, Moskva vilayətində, Novorijskoye şossesində 20 avtomobil qəzaya uğrayıb.

Qarşıda isə moskvalıları Sibir şaxtası gözləyir.

Sinoptiklərin məlumatına görə, ən soyuq gün cümə günü, dekabrın 8-i olacaq.

Havanın temperaturu mənfi 22 dərəcəyə enəcək.