11 dekabr 2023 13:57
181

Ukraynanın məşhur aktyoru müharibədə həlak olub

Ukraynanın məşhur aktyoru Andrey Pavlenko Rusiya ordusu ilə döyüşlərdə həlak olub.

“İki sahil” UNIAN-a istinadən xəbər verir ki, bunu onun həyat yoldaşı bildirib.

A.Pavlenkonun hansı şəraitdə öldüyü açıqlanmayıb.

Qeyd edək ki, A.Pevlenko 70-ə yaxın film və serialda, o cümlədən “Pis-yaxşı polis”, “Taleyin ipləri”, “Qadın həkimi”, “Evə gedən yol” kimi ekran əsərlərində rol alıb.