“Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azəriqaz” İstehsalat Birliyindən “İki sahil”ə verilən məlumata görə, “Ucar” və “Lək 1-ci xətt” qaz ölçü qovşaqlarından qidalanan müxtəlif diametrli qaz xətlərində, diametri 530 mm-lik kollektorda “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə təmir işləri ilə bağlı 13.02.2024-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Qeyd olunur ki, təmir işləri aparılan müddətdə Ucar şəhəri daxil olmaqla rayon üzrə əhali qrup istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Ü.Hacıbəyov küçəsi 10” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
Əmlak Məsələləri Dövlət Xidmətində sığorta ödənişləri ilə bağlı uyğunsuzluq aşkarlanıb
Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın yekunlarına dair Protokol imzalanıb