16 fevral 2018 20:04
1360

Nazir Cəlilabadda vətəndaşların qəbulunu keçirib

Gənclər və idman naziri Cəlilabadda vətəndaşların qəbulunu keçirib

Fevralın 16-da gənclər və idman naziri Azad Rəhimov Cəlilabaddakı Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, qəbulda Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı şəhər və rayonlarından ümumilikdə 20-dən çox vətəndaş iştirak edib.

Qəbul zamanı gənclər sahəsi üzrə müraciətlər əsasən, qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, müxtəlif layihələrin maliyyələşdirilməsi və onlara dəstək göstərilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqla təmin edilməsi və fəaliyyəti ilə bağlı olub.

İdman sahəsində isə fəxri adların verilməsi, idman mərkəzlərinin lazımi avadanlıqla təmin olunması, Olimpiya İdman komplekslərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və digər mövzularla bağlı müraciətlər əksini tapıb.

Bir sıra müraciətlər yerindəcə həll edilib. Araşdırılması tələb olunan məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.