14 fevral 2018 16:54
2177

Azərbaycan alimlərindən İlham Əliyevə dəstək

Azərbaycan alimləri prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bəyan ediblər

Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) prezident seçkiləri ilə bağlı toplantı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında AMEA kollektivinin bəyanatı səsləndirilib.

Bəyanatda vurğulanır ki, AMEA-nı təmsil edən elm adamları və gənc elmi nəsil ölkəmizin gələcəyinə, milli ziyalılığın və elmin daha böyük inkişafına çatmağın ancaq Prezident İlham Əliyevin rəhbərliyi ilə mümkün olacağına inanır. Azərbaycan Respublikasının elm adamları 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində yekdilliklə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.