04 mart 2024 09:44
324

"Bavariya" baş məşqçisini vaxtından əvvəl istefaya göndərə bilər

Almaniyanın "Bavariya" klubu baş məşqçisi Tomas Tuxeli vaxtından əvvəl istefaya göndərə bilər.

“İki sahil” "Kicker"ə istinadən xəbər verir ki, mütəxəssisin taleyi Çempionlar Liqasının 1/8 final mərhələsində İtaliyanın "Latsio" klubu ilə oyundan asılıdır.

Münhen təmsilçisi qitənin bir nömrəli klub turnirində mübarizəni dayandırsa, alman baş məşqçi postunu tərk edəcək.

Qeyd edək ki, Tomas Tuxel ötən ilin martından "Bavariya"da işləyir. Hazırkı ölkə çempionu daha əvvəl mövsümün sonunda mütəxəssislə vidalaşacağını açıqlayıb.