21 mart 2024 23:44
337

Sentyabrın 7-də Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçiriləcək

Əlcəzairdə 2024-cü il sentyabrın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Əlcəzair Radiosu məlumat yayıb.

Əlcəzairdə əvvəlki prezident seçkiləri 2019-cu il dekabrın 12-də keçirilib və Abdelmacid Tebbun seçicilərin 58 faizinin dəstəyini qazanıb. Onun beş illik mandatı 2024-cü ilin dekabrında başa çatır.

Növbədənkənar seçkilərin keçirilməsinin səbəbləri barədə məlumat verilmir. Həmçinin Tebbunun bu seçkilərdə iştirak edib-etməyəcəyi də bilinmir.