29 mart 2024 12:59
251

İsrail Hələbə hava zərbələri endirib, 42 Suriya hərbçisi həlak olub

İsrailin Suriyanın Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 42-yə çatıb.

“İki sahil” "France 24"ə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat verib.

Bildirilib ki, İsrailin "Hizbullah"ın silah anbarının hədəf alındığı hücumda Livanın "Hizbullah" qruplaşmasının 6 üzvü də həlak olub. Bununla da ölənlərin sayı 42-yə yüksəlib.

Xatırladaq ki, daha əvvəl 36 suriyalı əsgərin həlak olduğu bildirilmişdi.