29 mart 2024 14:49
327

İki ayda Azərbaycan banklarının xalis mənfəəti 210 milyon manata çatıb

2024-cü ilin yanvar – fevral aylarında Azərbaycan bankları 209.8 mln. manat xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə 35% çoxdur.

"İki sahil" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu dövrdə sektor 298.3 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib. Cari ilin 2 ayında banklar tərəfindən ümumilikdə 48.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib.