29 mart 2024 14:30
266

Azərbaycanlı həkim ABŞ Onkoloji cəmiyyətinin üzvü oldu

Azərbaycanlı həkim ABŞ Onkoloji cəmiyyətinə üzv seçildi.

“İki sahil” xəbər verir ki, Məlhəm Beynəlxalq Hospitalın mammoloq-radioloqu, Dr. Günel Qəmbərova ABŞ Onkoloji Cəmiyyətinin üzvü seçilib. Qeyd edək ki, o cəmiyyətə üzv olan ilk azərbaycanlı radioloqdur. Dr. Günel Qəmbərova bundan sonra  beynəlxalq protokollara əsasən çalışacaq.ABŞ-da  təşkil olunan konfrans və seminarlarda iştirak edib, qazandığı təcrübə və bilikləri  ilə pasiyentlərinə məlhəm olacaq.