30 mart 2024 08:14
257

Hakan Fidan: Terrorun qarşısını almaq üçün hər şey edəcəyik

Terrorun qarşısını almaq üçün hər şey edəcəyik.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

O, Egey və Şərqi Aralıq dənizində heç vaxt düşmənçilik yaratmağa çalışmadıqlarını, lakin həyati maraqları qorumaqdan da çəkinməyəcəklərini, terroru tamamilə yox etməkdə qərarlı olduqlarını bildirib.

“Qonşumuz Yunanıstanla münasibətlərimizi müsbət gündəmdə inkişaf etdirməyə və problemləri həll etməyə çalışırıq. Biz əslində heç vaxt Egeydə və ya Şərqi Aralıq dənizində düşmənçilik yaratmağa çalışmamışıq. Bununla belə, biz öz həyati maraqlarımızı qorumaqdan heç vaxt çəkinməyəcəyik”, - deyə Fidan qeyd edib.

Nazir bildirib ki, regionumuz üçün təhlükəsizliyi pozan terrorizmdir.