30 mart 2024 08:23
249

İran səfiri: Cənubi Qafqaz ölkələri öz məsələlərini özləri həll etmək gücündədirlər

İran hər zaman region məsələlərin region daxili ölkələrin potensialından istifadə edərək həllinə təkid edib.

“İki sahil” xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Trend-ə bildirib.

"Qərb ölkələrin regiona olan müdaxilə təcrübəsi uğurlu bir təcrübə hesab olunmur və regionda olan məsələlərin həllinə kömək etməyəcəklər heç, əksinə bu məsələlərin mürəkkəbləşməsinə gətirib çıxardacaqlar. Çünki bu ölkələr başda öz maraqlarını təmin etməyin peşindədirlər, region ölkələrin maraqlarını deyil.

Biz inanırıq ki, Cənubi Qafqaz ölkələri öz məsələlərini özləri həll etmək gücündədirlər. İran İslam Respublikası bu istiqamətdə iki və çox tərəfli təmasları sürdürür", - deyə o bildirib.

Qeyd edək ki, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş baş tutacaq. Qərbin Ermənistanla təhlükəsizlik zəmanəti haqqında saziş imzalayacağı gözlənilir.