12 aprel 2024 20:34
489

Makronun terrora dəstək siyasəti İFŞA OLUR - DETALLAR

Çoxsaylı  insan tələfatı ilə nəticələnən Moskvadakı “Crocus City Hall”da baş verən terrorla bağlı müəmmalı suallar açıqlandıqca hadisə ilə bağlı gizli məqamlara  aydınlıq gətirilir.  Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dimitri Medvedevin bəyan etdiyi kimi Moskvadakı terror aktının arxasında Fransa və Makron durur. 

Dimitri Medvedevin vurğuladığı kimi, Rusiyanın aidiyyəti strukturlarının terror hadisəsi barədə daha dəqiq məlumatları var və bu mövzuda araşdırmalar davam edir. Fransa xüsusi xidmət orqanları tərəfindən Azərbaycan əsilli iş adamlarına məxsus Krokus konsert zalında bu terrorun törədilməsi də təsadüfi deyildi. Bununla Azərbaycan və Rusiya arasında əlaqələrə xələl gətirmək, Rusiyada dini və etnik zəmində nifaq yaratmaq idi.

Makronun beynəlxalq terrorizmlə əlaqələri sübuta yetirilmiş faktdır

Burada təəccüblü heç nə yoxdur. Əsasında insann ölümü olan neokolonializm  siyasətini XX1 əsrdə də davam etdirən Fransa Prezidenti Emmanuel Makronun beynəlxalq terrorizmlə əlaqələri sübuta yetirilmiş faktdır. Fransanın Lafarge şirkətinə aid olan və Suriya ərazisində fəaliyyət göstərən sement zavodu və onun İŞİD-lə əlaqələri və İŞİD-i maliyyələşdirilməsi ilə bağlı faktlar təsdiqlənib. Bu yaxınlarda Türkiyə kəşfiyyatı tərəfindən terrorizmə xidmə göstərən bu sement zavodu darmadağın edildi.  Fransanın erməni terrorizminə dəstəyi və ASALA-nın əsas ocaqlarından biri olmasının əsas göstəricisi  Fransa Qarabağ ermənilərindən ibarət legion hazırlaması, onları Ukrayna cəbhəsinə göndərməsidir.

Fransanın iradəsinə tabe olmayan siyasətçilərin fiziki cəhətdən məhv edilməsi də Makronun terroru dəstəklədiyinin təsdiqidir. Rusiya ekspertlərinin Moskvadakı terror barədə şərhlərindən də aydın olur ki, əsas məqsəd Azərbaycanla Rusiya arasında gərginlik  yaratmaqdır.   Yüzlərlə insanın həyatını itirdiyi və yaralandığı terror aktını törədənlər saxlanılsa da, sifarişi kimin verdiyi hələ də müzakirə mövzusu olaraq qalsa da. Rusiyanın xüsusi xidmət orqanlarının araşdırmaları “Crocus”a hücumla bağlı bəzi izləri üzə çıxarıb.  İzlər isə  terroru dəvlət səviyyəsundə dəstəkləyən Ermənistanın dəstəkçisi və  işğalçını silahlandıran Fransaya, Makrona qədər uzanır...

Digər tərəfdən, hadisənin baş verdiyi mərkəzin azərbaycanlılara məxsus olması da Fransanın bu işdə əli olması ehtimallarını artırır.  Azərbaycana qarşı düşmən mövqeyini müxtəlif istiqamətlərdə davam etdirən Makron bununla da  rəsmi Moskvaya və Azərbaqcana düşmən mövqeyini bildirmək istəyir. Yelisey Sarayının Cənubi Qafqaz siyasətini iflasa uğradan Azərbaycanın siyasi, iqtisadi qüdrəti qarşısıyda acizliyini müxtəlif yollarla bildirən Makronun  çirkin əməllərinin  heç bir nəticə verməyəcəyini aydın başa düşən Makronun məqsədi Cənubi Qafqazda gərdinliyi artırmaq, Ermənistanı yeni müharibəyə hazırlamaqdır.  ABŞ-Avropf İttifaqi-Ermənistan arasında təşkil  olunan  Brüssel görüşünün əsas təşkilatçılarından olan, Azərbaycanı hədəf alan, regionda gərginliyin artması üçün ən çirkin oyunlara belə imza atan Makronun Azərbaycan-Rusiya münasibətlərinin pozulmasına yönələn cəhdləri  də baş tutmayacaq. İŞİD-in  əsas dəstəkçilərindən olan rəsmi Parisin müxtəlif ölkələrdə formalaşdırdığı agentura şəbəkəsinin Azərbaycaycanın  təhlükəsizlik təşkilatı tərəfindən aşkar edilməsi,  Makron  hakimiyyətinin iç üzünü aşkarlaması rəsmi Parisdə Müsyo Jordan  partlaması effekti yaradır.

Bütün bu faktları və “Crocus”dakı hücumu İŞİD-in üzərinə götürdüyünü nəzərə aldıqda, Medvedevin fikirlərinin nə qədər reallığa uyğun olduğu aydın görünür. Afrikada Fransanın dövlət səviyyəsində reallaşdırdığı terror aktları və soyqırımıları xatırlatmaqla  Makronun əsl siması bəlli olur. Afrika  siyasətini  Cənubi Qafqazla  təkrarlamaq istəyən Makronun əsl siması araşdırmalardan sonra daha geniş mənada da bəlli olacaq.

Xuraman İsmayılqızı, "İki sahil"