17 aprel 2024 01:36
253

Cənubi Qafqazın "yetişmiş çibanı"...

Ermənistan yeganə çıxış yolundan qaçmaqla özünü ölümcül vəziyyətə salır

Yaxın Şərqdə iran-İsrail qarşıdurması Cənubi Qafqaz regionunda da hərbi-siyasi mühitin dəyişməsinə ciddi təsir göstəirir. Vəziyyətə uyğun olaraq cəbhələşmə yaranır, hər ölkə öz yerini seçməli olur. "Dördgöz Hayastan" isə həyatını taleyin ümidinə buraxıb, el arasında deyildiyi kimi, "harada qırıldı, qırıldı."

Aprelin 5-də Brüsseldə keçirilən görüşdə hayların planlaşdırdıqları məsələlərin reallaşması baş tutmadı və necə deyərlər, "anadan ölü doğuldu." Əvvəl haylar sevincək bildirirdilər ki, bundan sonra onları qoruyanlar olacaq. Ancaq məlum olur ki, heç də elə deyil, hərə öz başının çarəsini axtarır. Yeni təhlükənin miqyası o qədər genişlənə bilər ki, hətta bir gün ərzində Üçüncü Dünya müharibəsinə çevrilə bilər. Bu baxımdan Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətinin yeni prioritetlər müəyyən etmək planları da artıq iflasa uğramaqdadır. Xüsusilə də erməni toplumunun gələcəyə ümid mənbəyi kimi qəbul etdiyi Brüssel ortaq konfransı da Ermənistan üçün geopolitik zərbə effekti verməyə başlayıb. Rəsmi İrəvan nə qədər gizlətməyə çalışsa da, baş nazir Nikol Paşinyanın Brüsseldən demək olar ki, əliboş qayıtması Ermənistan cəmiyyətində ciddi məyusluq doğurub. Hazırda Paşinyan hökuməti növbəti dəfə təhlükəli seçim qarşısında vurnuxur. Qərb o qədər də üz vermir, Rusiyaya isə daha üz vura bilmir, əvvəlki ərköyünlüklər qəbul olunmur, çünki etibarını tamamilə itirib. Hayların adının əvvəlinə “namərd”, “satqın” və “şərəfsiz” epitetləri yapışdırılıb.

Paşinyan hakimiyyəti qaçaraq başının üstündə Damokl qılıncı kimi asılmış Rusiyadan uzaqlaşmağa çalışsa da mümkün olmadı və özü axmaq vəziyyətdə qaldı. Təhlükə ondadır ki, hələ də Ermənistan Qərbə yaxın buraxılmır. Rəsmi İrəvandan Rusiya ilə daha açıq qarşıdurma tələb olunur. Rusiyadan bütün sahələr üzrə asılı olan Ermənistan isə Kremlin əks-həmlələri qarşısında tab gətirə bilməz. Ona görə də Brüssel ortaq konfransından sonra Paşinyan hakimiyyətinin Rusiyaya yönəlik “barışıq mesajları” rəsmi İrəvanın xarici siyasət istiqamətinin "xarab olmuş  kompas” üzrə hərəkət etməyə başladığını büruzə verməkdədir. Digər tərəfdən, rəsmi İrəvanın Fransa və Hindistana olan ümidləri də tədricən məyusluqla əvəzlənir. Belə ki, Fransanın Ermənistana verdiyi hərbi texnikanın “konserv qutuları”ndan başqa bir şey olmadığı erməni toplumuna da aydın olmağa başlayıb. Vaxtilə həmin texnikanı Ukrayna Fransadan pulsuz da qəbul etməmişdi. Lakin indi rəsmi Paris bu “metal tullantıları”nı "qazladığı" Ermənistana satmağa nail olub.  Hindistandan alınmış silah-sursatın da yararsız olduğu artıq Ermənistan cəmiyyətinə bəllidir. Yəni, Ermənistan bütün dünyadan hərbi texnika adı altında “metallom” dəmirlərini satın alır. Üstəlik, erməni toplumu nə qədər inanmaq istəməsə də Fransanın Ermənistanı müdafiə etmək imkanları yoxdur. Belə ki, hətta Qərb ekspertləri də Fransanın Ermənistan üçün uğurlu tərəfdaş olmadığını vurğulayırlar. Fransa hazırda bütün dünyada nüfuzunu böyük sürətlə itirməyə başlayıb. Makron hakimiyyəti Fransadaxili vəziyyətə çətinliklə nəzarət edir. Təbii ki, belə vəziyyətdə olan Fransanın Ermənistanı taleyüklü məqamlarda necə müdafiə edə biləcəyi əslində, heç rəsmi Parisin özünə də məlum deyil.

Ermənistanın yeganə və sərfəli bir çıxış yolu var ki, o da Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq və bununla da bütün problemlərdən xilas olmaqdır. Bu yoldan nə qədər uzaqlaşacaqsa , bir o qədər də çətinliklərlə və yeni təhlükələrlə üz-üzə qalacaq.

Təəssüf ki, öz müstəqilliyini və suverenliyini kollektiv Qərbə satmış İrəvan Azərbaycanı məğlub edə biləcək möcüzə silahı əldə edəcəyinə hələ də əmindir. Ancaq son illər baş verən hərbi-siyasi reallıqlar açıq göstərir ki, möcüzəyə inanmaq özünü aldatmaqdan başqa bir şey deyil. Hay hökuməti hələ də anlamaq istəmir ki, ətrafında baş verənlərin hamısı onun əleyhinədir.

Cənubi Qafqazda isə geopolitik proseslər qəlizləşməkdə davam edir. Hazırda Ermənistan əsas regional gərginlik mərkəzinə çevrilmiş vəziyyətdədir. Çünki dünya nəhənglərinin maraqları məhz məhz bu balaca ölkə üzərində çarpazlaşıb. Rəsmi İrəvanın xarici siyasətinin istiqamətini dəyişmək cəhdləri uğursuzluğa düçar olub.  Bu səbəbdən isə Ermənistan dünya güc mərkəzlərinin çarpaz qarşıdurmasında sınaq meydanına çevrilib. Ermənistan kimi kiçik bir coğrafi məkanda Rusiyanın, ABŞ-ın və Qərb ölkələrinin hərbi və mülki qüvvələri qarşı-qarşıya durublar. Bu, həm də Ermənistanın güclü kənar təzyiqlərin hədəfi vəziyyətində olmasının səbəblərindən biridir. Əslində haylar öz ölkələrində heç kimdirlər. Onlar öz əvəzlərindən düşünməyi, hədəf təyin etməyi, iqtisadiyyatı dirçəltməyi və s. hamısını adını çəkdiyimiz dövlətlərə tapşırıblar. Sadə dildə desək, özü öz yaxasını könüllü olaraq başqalarının cənginə verib. Bundan sonra çaşbaş vəziyyətə düşmüş Hayastanı müsibətlər seriyaları gözləyir. Yəni, nəyi haqq etmişdisə, ona da çatdı. İndi Ermənistan Cənubi Qafqazın yetişmış çibanına oxşayır, deşiləndə ərazisinə yığdığı infeksiya onu ölümcül vəziyyətə salacaq.

Vəli İlyasov, "İki sahil"