18 aprel 2024 16:03
160

Ukraynaya təcili olaraq Patriot və SAMP/T lazımdır - Kuleba

Ukraynanın təcili olaraq əlavə Patriot və SAMP/T hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. 

“İki sahil”in məlumatına görə, bu barədə "RBK-Ukraina" xarici işlər naziri Dmitri Kulebanın bəyanatına istinadən xəbər verir.

Xarici İşlər Nazirliyinin rəhbəri İtaliyada G7 xarici işlər nazirlərinin görüşündən əvvəl müvafiq bəyanatla çıxış edib.

"Dünya ukraynalıların Rusiya raketləri və PUA-ları tərəfindən öldürülməsinə sadəcə baxa bilməz. Ukraynanın Rusiya terrorundan qorunmaq üçün təcili olaraq əlavə Patriot və SAMP/T hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var", - Kuleba bildirib.

Kuleba vurğulayıb ki, G7-yə daxil olan ölkələrin Ukraynanı daha çox hava hücumundan müdafiə sistemləri ilə təmin etmək imkanı var.

Nümunə kimi isə o, artıq əlavə Patriot verməyə qərar verən Almaniyanı göstərib.