18 aprel 2024 17:27
153

Almaniyada hərbi çağırışla bağlı referendum keçirilməsi TƏKLİF EDİLDİ

Almaniyanın Saksoniya federal əyalətinin baş naziri Mixael Kreçmer hərbi səfərbərliyin qaytarılması məsələsinin ümumxalq referenduma çıxarılmasını təklif edib. Siyasətçi bu ehtimalı Bundesverin baş müfəttişi Karsten Breyerlə görüşdə müzakirə edib.

“İki sahil” "Bild"ə istinadən xəbər verir ki, Saksoniya Təhlükəsizlik Şurasının iclasında Kreçmer deyib: “Mən çox istərdim ki, biz bu çağırışın bir, iki və ya hətta üç variantına səs verə bilək və bu məsələ həm də almanlara təqdim edilsin”.

Almaniyada məcburi hərbi çağırış 2011-ci ildə ləğv edilib.

Almaniya Silahlı Qüvvələrinin (Bundesver) baş müfəttişi, general-leytenant Karsten Broyer xatırladıb ki, o dövrdə “hərbi təhlükə növü” Almaniyanın bu gün üzləşdiyindən tamamilə fərqli idi. Onun sözlərinə görə, Almaniya Müdafiə Nazirliyi məcburi hərbi xidmətin qaytarılması üçün mümkün modellər hazırlayır.

İndi insanlar Almaniya ordusunda yalnız müqavilə əsasında xidmət edirlər.

Almaniyanın müdafiə naziri Boris Pistorius hərbi səfərbərliyin ləğvini səhv adlandırıb. O, etiraf edib ki, ölkə İsveç modelindən istifadə edə bilər. Bu, model bütün məktəb məzunlarının yoxlanılmasını nəzərdə tutur. Məhz bundan sonra hərbi xidmətə yararlı olanlar könüllü kimi orduya cəlb olunurlar.