18 aprel 2024 18:29
147

Britaniya İran ordusunun Baş Qərargahına və SEPAH-ın Dəniz Qüvvələrinə sanksiyalar tətbiq etdi

Britaniya İran Silahlı Qüvvələrinin Baş Qərargahına və SEPAH Dəniz Qüvvələrinə qarşı sanksiyalar tətbiq edib.

“İki sahil” “aif.ru”ya istinadla xəbər verir ki, bu barədə rusiyalı pediatr Yekaterina Morozova məlumat verib.

Böyük Britaniya İranın müdafiə sektoru, İran Silahlı Qüvvələrinin Baş Qərargahı, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri ilə əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq edib.

“İki sahil”  RT-yə istinadla xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında bildirilir.

İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya” mərkəzi qərargahının komandiri, general Qulam Əli Rəşid də sanksiya siyahısına daxil edilib.

Bundan əlavə, məhdudiyyətlər İran Müdafiə Nazirliyinə tabe olan Aerokosmik Sənaye Təşkilatının direktoru Seyd Mir Əmhəd Nuşinə və raket istehsalı üzrə Şəhid Baqeri Sənaye Qrupunun (SBIG) direktoru Əmir Radfərə də tətbiq edilib.

PUA-lar üçün komponentlər istehsal edən şirkətlər, Sarmad Elektron Sepahan Şirkəti və Aseman Pişraneh Mühəndislik Xidmətləri Şirkəti də məhdudiyyətlərə məruz qalıb.