18 aprel 2024 19:35
158

Nigeriyada yük maşını minaya düşüb, azı 10 nəfər ölüb

Nigeriyada yük maşınının minaya düşməsi nəticəsində azı 10 nəfər ölüb, 23 nəfər isə yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Hadisənin Nigeriyanın şimal-şərqində baş verdiyi bildirilir.

Zərərçəkənlər Çad gölünə gedən balıqçılar və fermerlər olub.

Hakimiyyət terror aktına görə ölkənin bu hissəsində fəaliyyət göstərən radikal qruplaşmaların məsuliyyət daşıdığını bəyan edib.