19 aprel 2024 00:02
180

AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib.

“İki sahil” xəbər verir ki, uçuşlar həftədə 2 dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Aprelin 18-də saat 20:10-da Bakıdan qalxan təyyarə yerli vaxtla saat 00:30-da Kəraçiyə çatıb. Geri dönüş isə yerli vaxtla saat 01:30-da baş tutur və saat 04:20-də təyyarə Azərbaycan paytaxtına enir.

Kəraçini turistlər üçün maraqlı edən onun Pakistanın tarixi və mədəni mərkəzi olmasıdır.

Hazırda AZAL Pakistanın digər iki şəhərinə – İslamabad və Lahora da uçuşlar həyata keçirir.

Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün aviaşirkətin rəsmi www.azal.az saytına keçid ala və ya mobil tətbiqinə daxil ola bilərsiniz.