19 aprel 2024 08:48
141

Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var

Salyanda baş verən yol qəzasında xəsarət alanlar var.

“İki sahil” xəbər verir ki, Qalalı kəndində “Hyundai” markalı avtomobil “VAZ-21015”-lə toqquşub.

Qəza nəticəsində rayonun Arbatan kənd sakinləri - 2002-ci il təvəllüdlü Həsənov Kərim Rövşən oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Əlisəfa Telman oğlu və 2001-ci il təvəllüdlü Mənəfov Nurlan Abdul oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.