19 aprel 2024 09:03
143

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan ilə Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) arasında gələcək əməkdaşlıq imkankarına dair fikir mübadiləsi aparılıb.

“İki sahil” xəbər verir ki, Azərbaycanın iqamətgahı Vatikanda olmaqla Müqəddəs Taxt-Tacdakı və Portuqaliyadakı səfiri İlqar Muxtarov KAICIID-in Lissabon şəhərindəki baş qərargahında mərkəzin Baş katibi Zuhair Əlharti ilə görüşüb.

Görüşdə dinlərarası və mədəniyyətlərarası dialoqun gücləndirilməsi, anlaşma və qarşılıqlı birgəyaşayışın təşviqi, cəmiyyətlərimizdə dialoq və tolerantlıq dəyərlərinin müdafiəsi üçün mənalı əməkdaşlıq imkanları ətrafında müzakirələr olub.