19 aprel 2024 11:13
126

İsrail Suriyanın şimalını bombalayıb

İsrail Suriyanın Şimalındakı hava hücumundan müdafiə obyektlərinə aviazərbələr endirib.

“İki sahil” xəbər verir ki, bu barədə Suriyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hava hücumlarına daha çox hökumətin nəzarətində olan ərazilər məruz qalıb. Nəticədə bir sıra infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Hələlik insan tələfatı barədə məlumat verilmir.