19 aprel 2024 12:08
140

Rusiya qeyri-qanuni miqrantları silah kimi istifadə edir- Finlandiya Baş naziri

"Rusiya qeyri-qanuni miqrasiyanı bizim sərhədimizə və Aİ-nin sərhədinə qarşı alət kimi istifadə edir".

“İki sahil” xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Petteri Orpo Avropa Komissiyasının prezidenti Ursula von der Leyenlə birgə Finlandiyanın Rusiya ilə sərhəd bölgəsi Lappeenrantada mətbuata açıqalmasında deyib.

Baş nazir Orponun sözlərinə görə, Rusiya qeyri-qanuni miqrantları Finlandiyaya qarşı silah kimi istifadə edir.

"Belə bir çətinliklə üzləşdiyimiz zamanda biz ortaq həll yolu tapmalıyıq. Biz bu məsələ ilə bağlı öz qanunvericiliyimiz üzərində işləyirik, amma bizim Aİ- səviyyəsində tədbirlərə ehtiyacımız var. Finlandiyanın şərqi Rusiyanın əməllərinə və davranışa görə əziyyət çəkib. Biz təhlükəsizlik məsələsinə görə sərhədimizi bağlamışıq. Şərq regionumuz Rusiyaya görə əziyyət çəkir burada investisiya azlığı var. Bizim Aİ-nin dəstəyinə ehtiyacımız var. Hesab edirəm ki, Aİ bu regionun dəstəklənməsi üçün mexanizm hazırlamalıdır", Finlandiya Baş naziri deyib.