23 yanvar 2018 19:36
1140

Özbəkistan portalı 20 Yanvar faciəsindən yazır

Özbəkistanın “Qalampir.uz” portalı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı məqalə yayıb. Məqalədə 20 Yanvar faciəsinin başvermə səbəbləri və nəticələri haqqında məlumat verilir. Bildirilir ki, o dövrdə azadlıq və müstəqillik tələb edən əliyalın xalqa keçmiş SSRİ-nin rəhbərliyi tərəfindən görünməmiş vəhşiliklər törədilib.

Yazıda yanvarın 19-dan 20-nə keçən gecə qətlə yetirilən, yaralanan, itkin düşən və həbs edilən insanlar haqqında da məlumat verilir. Vurğulanır ki, o gecə şəhidlər arasında qocalar, qadınlar, uşaqlar, hətta əlillər olub.

Məqalədə vurğulanır ki, 20 Yanvar Azərbaycanda matəm, eyni zamanda, qəhrəmanlıq, cəsarət və igidlik günü kimi qeyd olunur. Həmin gün Bakıdan, respublikanın bölgələrindən Şəhidlər xiyabanına gedən insanlar şəhidlərin xatirəsini ehtiramla yad edirlər.